İngiltərə qraflığı Surreydə bir cütlük Torbey kurortuna son 45 ildə ən azı 170 dəfə baş çəkib.
Bu barədə lenta.ru saytı "The Daily Mirror"a istinadən xəbər yayıb. Məlum olub ki, ilk dəfə Alan və Cun Leyzenbi bu kurorta 1969-cu ildə, toy səyahəti məqsədilə baş çəkib. Ondan sonra cütlük hər yay öz uşaqları ilə bu kurorta istirahətə gedib. Son 10 ildə ailə hər il ən azı 5 dəfə bu kurorta baş çəkib. 2014-cü ildə isə ər-arvad ilk dəfə istirahətə öz nəvələri ilə birgə yollanıb.
Alan Leyzenbinin sözlərinə görə, vaxtilə Torbeyə səfər təxminən 8 saat çəkirdi. Son zamanlar isə yolun keyfiyyətinin artması nəticəsində səfərin müddəti 4 saata qədər azalıb. Cütlük gələn il üçün indidən 4 səfəri bron edib. Daha 3 səfər planlaşdırma mərhələsindədir. Torbey bölgəsi britaniyalılar arasındakı ən məşhur istirahət zonalarından sayılır.
Cia.az
