|
Poçtalyon vəhşi hindquşu sürüsünün əhatəsində qaldı
Amerikanın Nyu Cersi ştatındakı Hilsdeyl şəhərində poçtalyona vəhşi hindquşu sürüsü hücum edib. 
Lenta.ru saytının xəbərinə görə, poçt idarəsinin rəhbəri əməkdaşlarından birinin sürünün hücumuna məruz qaldığını və onların əhatəsindən qurtula bilmədiyini öyrənib yerli polis idarəsinə müraciət edib. Hadisə yerinə gələn polislər vəhşi sürünü dağıdıblar. Poçtalyon bu barədə yerli media orqanlarına hər hansı xəbər verməyib. Amma o, təxminən yarım saat sürünün əhatəsində olub və psixoloji sarsıntı keçirib.
 
Maraqlıdır ki, 19-cu əsrin ortalarından etibarən Nyu Cersi ərazisindən vəhşi hindquşları yox olmuşdu. Yerli bioloqlar onların sözügedən ərazidə bərpası üçün 1977-ci ildən etibarən əməliyyata başlayıblar.
Cia.az