Dünya şöhrətli polyak rejissor Ancey Julavski dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor uzun sürən ağır xəstəlikdən sonra bu gün həyatla vidalaşıb. Filmlərində əsasən kəskin mövzulara toxunan Julavskinin adı Dostoyevskinin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “İdiot”, “Dəlisov sevgi” filmləri ilə məşhurdur. Onun filmlərində Romi Şnayder, İzabel Acani, Klausu Kinski kimi məşhurlar çəkiliblər.
Julavskinin şəxsi həyatı ilə bağlı da müxtəlif şayiələr dolaşır. Deyilənə görə, o, filmində çəkdiyi hər bir aktrisa ilə eşq yaşayıb.
Ancey Julavski 1985-ci ildən fransız aktrisa Sofi Marso ilə ailəli olub. Aralarındakı 26 yaş fərqinə baxmayaraq, onlar bu nikahı 2001-ci ilədək qoruyub saxlaya biliblər. Cütlüyün Vensan adlı bir oğlu var.
Cia.az
