|
Bakıda Yapon Filmləri Həftəsi başlayır
Fevralın 19-23-də Nizami Kino Mərkəzində Yapon Filmləri Həftəsi keçiriləcək.
Yapon kinematoqrafçılarının çəkdiyi 5 film Bakı tamaşaçılarına təqdim ediləcək. Filmlərin siyahısı təqdim edilib. "Söz bağçası" 19 fevral (cümə) "Kikinin çatdırma xidməti" 20 fevral (şənbə), "Nabinin sevgisi" 21 fevral (bazar), "Yay gecəsində yuxu" 22 fevral (bazar ertəsi), "Xoşbəxtlik çörəyi" 23 fevral (çərşənbə axşamı).
Filmlərin nümayişi saat 19.00-da olacaq.
Xatırladaq ki, filmlərə giriş sərbəstdir. Filmlər yapon dilində olmaqla, Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək.
 Cia.az