|
Füzulidə əhalinin pulsuz tibbi müayinəsi keçirilir

Prezident İlham Əliyevin 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli rayon İcra Hakimiyyətində operativ tədbirlər görülüb.

Bununla bağlı idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə gorüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib.

Hazırda rayon ərazisindəki 39 yaşayış məntəqəsində məskunlaşıb yaşayan məcburi köçkün ailələrinin 5 məntəqədə İkinci Zobucuq qəsəbəsində, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilməsinə başlanılıb. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar.

Sağlamlıq aksiyası mayın 2-dək davam edəcək.

Cia.az