|
Salyanda baş verən yol qəzasında üç nəfər ağır xəsarət alıb
Salyanda ağır yol qəzası baş verib. 
APA-nın məlumatına görə, hadisə ötən gün Salyan rayonu ərazisində baş verib.
Qəza nəticəsində Salyan rayonunun Yenikənd kənd sakini, 1958-ci il təvəllüdlü İsmayılov Əvəzağa Habil oğlu, Neftçala rayonunun Qoltuq kənd sakini, 1974-cü il təvəllüdlü Qardaşov Yadulla Əhədağa oğlu və həmin rayonun Həsənabad kənd sakini, 1977-ci il təvəllüdlü Abdullayev Araz Xalid oğlu ağır xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Onların ikisinə açıq bazu və baldır sınığı, birinə isə çanağın sınığı diaqnozu qoyulub.  
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az