Bakı Şəhər İcra Hakimiyyətindən Müsavat partiyasının mitinq müraciətinə cavab verilib.
AzNews.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı vurğulayıb.
O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov onunla telefon əlaqəsi saxlayıb və mitinq müraciətinin cavabının hazır olduğunu deyib.
“İcazə verilib verilməməsi haqqında məlumatı dəqiqliklə məktuba cavabı aldıqdan sonra öyrənə biləcəyik”, - deyə Səxavət Soltanlı əlavə edib.
Xatırladaq ki, Müsavat partiyası dekabrın 14-ə mitinq təyin edib. Partiya mitinq üçün “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun adını yazıb.
