|
Avstraliya millisinin hücumçusu Tim Kehil "Şanxay Şenhua" klubundan qovulub. 36 yaşlı futbolçu Çin təmsilçisi ilə müqaviləsini ləğv edib. "Şanxay Şenhua"nın baş məşqçisi Qreqorio Mansanonun planlarına daxil olmayan Kehil klubdan ayrılmasına belə aydınlıq gətirib: "Təəssüf ki, "Şanxay Şenhua" ilə müqaviləni ləğv etməli oldum. Hansı ki, bu klubla noyabr ayında müqavilə imzalamışdım. Mənə dedilər ki, baş məşqçi Mansanonun planlarına daxil deyiləm. Ona görə də komandadan getdim". Qeyd edək ki, Kehil "Şanxay Şenhua" klubunda keçirdiyi 28 oyunda 11 qol vurub. Cia.az
|
