|
Final "Real"ın stadionunda olmayacaq

İspaniya kubokunun finalı "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutmaycaq.

Buna səbəb final oyunun keçiriləcəyi gün - mayın 21-i sözügedən stadionda məşhur müğənni Brüs Sprinqstinin konsert verməsidir.

Qeyd edək ki, İspaniya kubokunun finalçıları "Barselona" və "Sevilya" qarşılaşmanın "Santyaqo Bernabeu" stadionunda oynanılması üçün İspaniya Futbol Federasiyasına müraciət etmişdilər.

 Cia.az