|
Çempionlar Liqasının 1/8 finalında keçiriləcək daha iki oyunun hakim təyinatları açıqlanıb. "Roma" - "Real" (Madrid) matçı çexiyalı Pavel Kraloveçə həvalə olunub. Ona Roman Slusko və Martin Vilçzek köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Mokruş yerinə yetirəcək. Bu mərhələnin digər oyunu "Gent" - "Volfsburq" matçını isə norveçli hakim Svein Oddvar Moen idarə edəcək. Kom Tomas Haglund, Frank Andasın ona köməklik edəcək. Sven Erik Midthjell isə dördüncü hakim olacaq. Qeyd edək ki, hər iki qarşılaşma sabah keçiriləcək. Cia.az
|
