|
“Opera və Balet”in müdirini işdən qovdular

Türkiyədə Antalya “Dövlət Opera və Balet”in (ANTDOB) müdiri Aslı Ayan tutduğu vəzifədən çıxarılıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, buna, müdirənin çimərlikdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşması səbəb olub.

Məlumata görə, ANTDOB-un solisti olan Aslı Ayan bu il oktyabrın 1-də müvəqqəti olaraq vəzifədən gedən Kenan Kobekin yerinə müdir təyin olunub. Dekabrın 9-da Ankaraya dəvət olunan Aslı Ayana, Mədəniyyət və turizm nazirliyi tərəfindən təyinatının təsdiqlənmədiyi bildirilib.

İddialara görə, buna səbəb kimi Aslı Ayana çimərlikdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşması göstərilib.

Bu cür iddiaları eşitdiyini deyən Ayan bildirib ki, müdir keçdiyi gündən sosial şəbəkədə olan hesabını bağlayıb.