|
Ukraynanın baş prokuroru istefa verməyə razılaşdı

Ukraynanın baş prokuroru Viktor Şokin prezident Petro Poroşenkoya istefa ərizəsini göndərib.

Bu barədə LB internet-nəşri yazıb. Nəşrin yazdığına görə, V.Şokin istefa ərizəsini səhər göndərib.

Qeyd edək ki, bundan əvvəl P.Poroşenko ölkənin baş naziri və baş prokurorunu istefa verməyə çağırmışdı.

Cia.az