|
Azərbaycandan Türkiyəyə 39 ədəd qızıl külçə aparan zərgərlər tutuldu

Azərbaycandan Türkiyəyə xalis qızıl külçə aparan şəxslər saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri İstanbul şəhərində keçirilib.

Polislər İstanbulun mərkəzində Azərbaycan dövlət nömrə nişanlı avtomobili gördükdə ondan şübhələniblər. Bundan sonra dərhal avtomobilə baxış keçirilib. Axtarışlar zamanı avtomobildən 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə götürülüb.

Məlum olub ki, külçələr Azərbaycandan İstanbula qaçaqmalçılıq yolu ilə gətirilib. Əməliyyat zamanı adları açıqlanmayan 30 və 32 yaşlarında 2 nəfər saxlanılıb. Onlar istintaqa ilkin ifadələrində bildiriblər ki, Türkiyədə qızıl baha olduğu üçün satışı burada həyata keçirmək istəyiblər.

“Azərbaycanda zərgərliklə məşğul oluruq. Türkiyədə qızıl çox bahadır. Buna görə də əlimizdə olan qızılları əridib satmaq üçün İstanbula gəldik”, - deyə saxlanılan şəxslərdən biri istintaqa ifadəsində qeyd edib.

Cia.az