|
Azərbaycan nefti 3 faiz bahalaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 2,83% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,08 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Cia.az