|
Türkiyə və Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri birgə təlimlər keçirir
Türkiyə və Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri birgə təlimlər keçirir.
APA-nın məlumatına görə, bu barədə AFP agentliyinə Türkiyə hərbi mənbələrindən bildirilib.
Qeyd olunur ki, beş gün davam edən təlimlərdə Səudiyyə Ərəbistanının altı F-15 qırıcı təyyarəsi iştirak edir. Təlimlər Türkiyənin Konya vilayətində həyata keçirilir. 
Cia.az