|
Neftin qiymətində nikbinlik
Dünya birjalarında neft həftəyə cüzi ucuzlaşma ilə başlasa da dünən axşamdan qiymətlərdə nikbinlik müşahidə olunur. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında “Brent” markalı neft bir qədər bahalaşaraq 33.39 dollara olub.
“WTI” markalı neftin qiymətində isə bahalaşma 1 dollardan bir qədər yuxarı olub. Dünən səhər 29.44 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 30.81 dollar təşkil edir. 
Ötən həftə sonu bir barelinin qiyməti 33,14 dollar təşkil edən “AzəriLayt” markalı neftinin qiyməti ötən gün açıqlanmayıb. 
Əlvan metalların qiymətində də ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı cüzi ucuzlaşaraq 38,84 dollar olub. Platinin 1 qramı 30.15 dollar, palladiumun 1 qramı isə 16.47 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 15.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5711 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7631 manat, Rusiya rublu isə dəyişməz olaraq 0.0201 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2819 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5359 AZN dəyərində müəyyənləşib. 
Cia.az