|
Nizami Kino Mərkəzinə direktor təyin olunub

Nizami Kino Mərkəzinə direktor təyin olunub. 
Cia.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva mərkəzin direktoru vəzifəsinə keçib.

Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Cia.az