|
Aparıcı keçmiş əri ilə tətilə çıxdı
Aparıcı Ece Erken 4 ay əvvəl boşandığı iş adamı əri Serkan Uçarla gizlicə Kiprə yollanıb. 
Cütlük Sevgililər gününü birlikdə keçirmək qərarına gəliblər. Lakin Ece ilə Serkanın getdiyi otelə bir sıra tanınmışın gəlməsi onların planlarını alt-üst edib. Aparıcı ilə keçmiş əri heç kimə görünməmək üçün səhər tezdən İstanbula qayıdıblar.
Xatırladaq ki, 2014-cü ildə evlənən Ece Erkenlə Serkan Uçar oğulları Eymenin anadan olmasından sorna yollarını ayırıb. Cütlük boşanma zamanı bir-birlərinə qarşı ağır ittihamlar səsləndirmişdi.
 Cia.az