|
Xəzərdən atılan raket 14 nəfəri öldürüb

“Rusiya Xəzərdən atdığı raketlə Hələbdə xəstəxana və məktəblərə zərbə endirib”.

Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Əhməd Davudoğlu Ukraynaya səfəri çərçivəsində baş nazir Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə baş naziri Rusiyanın Ukrayna, Krım, Suriya və Hələbdəki terroruna qarşı olduqlarını vurğulayıb:

“Suriyada çox təəssüf ki, Rusiya tərəfindən sivil xalqa qarşı silahlı hücumlar davam edir. Biz burda danışıqlar apararkən, Rusiya Xəzər dənizindən atdığı 10 raketlə Hələb şəhərinin şimalında yerləşən xəstəxana və məktəblərə zərbələr endirib. Bombardman nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına düşüb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 35 nəfər yaralanıb. Xəsarət alanlar Türkiyəyə Kilis dövlət xəstəxanasına gətirilib”.

“Suriya rejimini dəstəkləyən Rusiya və digər ölkələr, YPG kimi terror təşkilatları Suriyada insanlğa qarşı qətliam edirlər. Bunun qarşısını almalıyıq”, - deyə Davudoğlu əlavə edib.

Cia.az