|
Danışıqların yeni raundu dekabrın 17-də başlayacaq

İranın nüvə proqramı üzrə danışıqların yeni raundu dekabrın 17-də başlayacaq.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, danışıqlar Jenevrədə nazir müavini səviyyəsində keçiriləcək.

Görüşdə İranın və “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nümayəndələri iştirak edəcək.