BMT-nin Əhali Fondunun hazırladığı sənəd, Pakistandakı ailədaxili şiddət məsələsini əhatə edib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, "Asiya və Sakit Okeandakı gənclərin cinsəl və törəmə sağlığı" adlı sənəddə Pakistandakı gənc qızların yarısından çoxunun ailədaxili şiddəti normal olaraq dəyərləndirilib.
Məlumata görə, ölkədəki 15-19 yaş arasındakı gənc qızlar, cinsi münasibətdən imtina edərsə, həyat yoldaşının ona şiddət tətbiq etməsi haqlı qəbul edilib. Eyni yaş qrupunda olan 30 faiz gənc qız hazırda fiziki və cinsi şiddət gördüklərini bildirib.
Sənəddə Kambocca, Hindistan, Banqladeş və Nepaldan da məlumatlar yer alıb. Adıçəkilən ölkələrdə də qadına şiddət mövzusu oxşarlıq təşkil edir.
Hazırlanan sənəddə təhsil səviyyəsinin aşağı olması, işsizlik və ailədə ilərdir ki, davam edən şiddət, ailədaxili şiddətin normal qəbul olmasına təsir edən amillər kimi göstərilib.
Cia.az
