Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.
APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından güllə yarası alıb.
Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Cia.az
