|
Bakıda su quyusundan uşaq meyiti tapıldı

Bakıda su quyusundan uşaq meyiti tapılıb.

Hadisə Hövsan qəsəbəsi, Zeytun sovxozunda qeydə alınıb.

Belə ki, həmin ərazidə nömrəsiz evdə yaşayan 2009-cu il təvəllüdlü İbrahim Məmmədovun meyiti yaşadığı evin həyətindəki 15 metr dərinliyi olan su quyusundan tapılıb. Suda boğulmuş İ.Məmmədovun üzərində zorakılıq əlaməti görünməyib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Cia.az