Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobal Sevgililər günündə evlilik yolunda ilk addım ataraq nişanlanıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən axşam İmirzalıoğlu ailəsi 3 avtomobillə Kobalın ailəsinin evinə gedib. Orada jurnalistləri görən aktyor təəccüblənərək deyib:
"Bu gün mənim xoşbəxt günüm, xeyirli iş üçün gəlmişik. Kölgə düşsün, istəmirəm".
Qohumlar nişan xonçaları ilə evə daxil olaraq Sinemi Kənana istəyiblər.
Bir daha cütlüyün toyunun mayın 21-də olacağı deyilib. 3 gün 3 gecə davam edəcək mərasimə qatılacaq qonaqlar üçün indidən 2 otel bağladılıb.

Cia.az
