|
Mədəaltı vəzin xərçəngini müalicə edən bitki
Texas Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, tropik və subtropik ölkələrdə bitən “meliya” adlı  bitkinin ekstraktı mədəaltı vəzi xərçənginin inkişafını xeyli ləngidir, xərçəng hüceyrələrini məhv edir. 
“Medical News Today” xəbər verir ki, alimlər bu bitkinin tərkibində nimbolid maddəsini aşkar ediblər ki, bu maddə xərçəng əleyhinə təsirə malikdir. Alimlər nimbolid maddəsinin təsirini mədəaltı vəzinin xərçəng hüceyrələrində və siçanların üzərində test ediblər. Kimyəvi xərçəng əleyhinə preparatlardan fərqli olaraq nimbolid maddəsi sağlam hüceyrələrə təsir etmir. Onkoloqların fikrinə görə, meliya bitkisinin bu nadir xüsusiyyəti cərrahi müalicəyə tabe olmayan yayılmış mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanların müalicəsində istifadə oluna bilər.
Cia.az