|
Yeni “Titanik” yola çıxacaq
15 aprel 1912-ci ildə okeanda batan və 514 nəfərin ölümünə səbəb olan “Titanik”in “kopyası” 2018-ci ildə yenidən yola çıxacaq. 
İlk “Titanik”in yeni versiyası olan “Titanik 2"nin planları ilk dəfə yayımlanıb. Kompüter proqramı vasitəsi ilə hazırlanan gəminin yeni planında kompüter və televizorlar olmayacaq. Gəminin əvvəlki görünüşü tamamilə yenilənəcək. Gəminin yeni versiyasında yardım vəsaitləri daha çox olacaq. ”Blue Star Line" şirkətinin sahibi Avstraliyalı iş adamı və siyasətçi Clive Palmer tərəfindən inşa edilən “Titanik 2"də 20-ci əsrin əvvəlində istifadə edilən bir idman zalı, türk hamamı və əvvəlki gəmidə olan hovuzun yeni versiyası var. 300-400 milyon sterlinq xərclənərək hazırlanan ”Titanik"də 3 səviyyəyə ayrılan 840 otaq var. 
Gəmi bir dəfəyə 2 min 435 sərnişin və 900 nəfər işçi daşıya biləcək. Gəmi ilk səfərini 2018-ci ildə Çin ilə Dubay arasında edəcək.
Cia.az