|
Çirkli hava ildə 5,5 milyon insanı öldürür
Fabriklərdən və avtomobillərdən çıxan zəhərli qazlar hər il dünyada 5,5 milyon insanın ölümünə səbəb olur. 
Amerikada aparılan araşdırmalara görə, ən çox ölümlər Çin və Hindistan kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə baş verir. Hava kirliliyinin əsas səbəbi olaraq enerji xətləri, fabriklər, zərərli qazlar və kömür istehsalı göstərilir. Pekin və Yeni Dehlidə bir kvadratmetr ərazidə 300 mikroqram zərərli maddə olduğu açıqlanıb. Bu qədər ərazidə normalda 25-35 mikroqram zərərli maddənin olması normal qəbul edilsə də, bu rəqəm dəfələrlə artıb. Araşdırmalara görə, hava kirliliyi kökəlmə, spirtli içki və narkotikə meyillilik yaradır. 
Çirkli havanın ürək-damar problemləri və xərçəng kimi xəstəliklərə səbəb olduğu da açıqlanıb. Çində hər il 1,6 milyon, Hindistanda isə 1,3 milyon insanın ölümünə səbəb olur.
Cia.az