|
İsraildə avtoqəza: 5 ölü, 20 yaralı
İsraildə Təl-Əvivlə Yerusəlim arasındakı yolda ağır yol qəzası baş verib.
Musavat.com xarici KV-lərə istinadən xəbər verir ki, qəza zamanı 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Məlumata görə, Yerusəlimdən Bney-Brak istiqamətində hərəkət edən avtobus yol kənarında dayanan yük maşını ilə toqquşub.
Son məlumatlara əsasən, hadisə yerində xilasedicilər və tibb işçiləri çalışır.
Bildirilir ki, ölənlər arasında uşaqlar da var.
 Cia.az