İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Turun mərkəzi qarşılaşmasında Londonda baş tutub.
"Arsenal" Premyer Liqanın lideri "Lester Siti"ni qəbul edib. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Arsenal" ikinci hissədə iki qol vurmaqla matçdan qalib ayrılıb - 2:1.
Qeyd edək ki, bu qələbədən sonra xalını 51-ə çatdıran "Arsenal" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. "Lester Siti" isə məğlubiyyətə baxmayaraq liderliyini qoruyub.
14 fevral
İngiltərə Premyer Liqası, 26-cı tur
"Arsenal" - "Lester Siti" - 2:1
Qollar: Vardi, 45 (0:1), Uolkot, 70 (1:1), Uelbek, 90+5 (2:1)
Cia.az
