|
“Qarabağ”a vurduğum qola ona görə sevinmədim ki, öz komandamıdır. "Kəpəz"də icarə əsasında oynayıram. Əvvəlsədən də fikirləşmişdim ki, bu oyunda qol vursam sevinməyəcəm”. Cia.Az-ın “CBC-Sport”a istinadən yaydığı xəbərə görə, bu sözləri hazırda “Kəpəz”də çıxış edən Namiq Ələsgərov “Qarabağ”la Topaz Premyer Liqanın bugünkü oyunundan (1:2) sonra deyib. “Şükür ki, qol vurdum. Çox təəssüf ki, bu qol bizə yetmədi və xal qazana bilmədik. Buna çox üzülürəm. Eybi yox. Bundan sonrakı oyunlara baxacağıq". Cia.az
|
