İspaniya Sequndasında 25-ci tura yekun vurulub.
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" klubu evdə "Saraqoza"nı qəbul edib.
Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. 48 dəqiqəyə qapısından iki top buraxan "Kordoba" oyunda dönüş yarada bilməyib - 0:2. Oyunun 55-ci dəqiqəsində meydana daxil olan İsrafilov 5 dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan 25 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Cia.az
