|
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib Böyüt
Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Qorik Akopyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib, onun yerinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistan prezidentinin digər sərəncamı ilə Qorik Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.
Cia.az