BMT deyir ki, Suriyanın mühasirə altında olan bəzi ərazilərinə yardım verilməsinə 24 saat ərzində başlanaxaq.
Bundan əvvəl Münhendə Suriya münaqişəsi üzrə danışıqlarda tərəflərinin həftəlik barışığı haqqında razılıq əldə olunub.
Bəzi Suriya şəhərləri humanitar yardım üçün əlçatmaz olub, çünki ətraf ərazilərdə bir ildən çoxdur ki, vuruşmalar gedir.
Suriyada beş il davam edən vuruşlarda, 250 mindən artıq adam öldürülüb və 13.5 milyon insan didərgin düşüb
Cia.az
