|
Almaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Almaniyanın Bavariya federal torpağında iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Ötən gün xəstəxanada daha bir yaralı vəfat edib.
Münhen şəhərindən 60 kilometr aralıda baş verən qəzanın səbəbi araşdırılır. Toqquşmanın şiddətindən qatarlardan biri relsdən çıxıb və vaqonlar ətrafa dağılıb. 
Cia.az