Almaniyanın sağlıq sığorta şirkəti olan DAK gerçəkləşdirdiyi bir araşdırma nəticəsində ağıllı telefon istifadəçilərinin yatmadıqları zaman xaricində 18 dəqiqədən bir telefona baxdığını açıqlayıb.
Gündə təxminən 53 dəfə telefonlarına baxan istifadəçilərin 3 saatlıq telefon istifadəsinin yalnız 7 dəqiqəsində telefonla danışırlar.
DAK gerçəkləşdirdiyi “İnternet Orucu” kampaniyasında könüllülərin həftənin bəlli günlərində internetsiz, telefonsuz və kompütersiz yaşadıqlarını açıqlayıb. Kampaniyada iştirak edən könüllülərin sadəcə 21%-nin bu işi bacaracağı düşünülürdü. Onların 67%-i içki və siqaretdən vaz keçməyin daha asan olduğunu deyiblər.
Amerikanın texnologiya şirkəti olan “Cisco Systems” 2020-ci ildə 5,4 milyard insanın aktiv mobil telefon istifadəçisi olacağını bildirib. Həmin ildə isə 2,8 milyard insan maşın sahibi olacaq.
Cia.az
