|
Nəzarətçisi ilə həbsdən qaçdı
İsveçrədə 15 yaşlı qıza xətər yetirdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edilən suriyalı Hassan Kiko nəzarətçisi ilə birlikdə həbsxanadan qaçıb. 
27 yaşlı məhkum 32 yaşlı Angela Magdici adlı qadınla birlikdə izini itirib. Həbsxana rəhbərliyi Kikonun qaçmasına sevgilisi olan nəzarətçinin kömək etdiyi və hazırda İtaliyaya getdiklərindən şübhələnir. 2011-ci Suriyadan qaçan və İsveçrədə  həbs edilən gəncin BMW markalı qara maşın sürdüyü bilinir.
Cia.az