Tayvanda yaşayan Somnuek Riabhuad adlı oğru özəl mülkə zərər verdiyi üçün həbs edilib. Bangkok Postun xəbərinə görə, S.Riabhuad oğurladığı maşında yuxuya gedib.
37 yaşlı kişi oğurlamaq istədiyi maşının arxa şüşəsini qıraraq içinə girib. Şüşəsi qırılmış maşını görən polislər içində yatan oğrunu oyadaraq maşının ona aid olub-olmadığını soruşub. Oğrunun qorxmasından sonra maşının sahibi Natthavut Kultrakar hadisə yerinə çağırılıb. 18 yaşlı maşın sahibi heç bir əşyasının oğurlanmadığını deyib. Oğru polis şöbəsinə aparıldığı zaman, sadəcə, yatmaq üçün maşının şüşəsini qırdığını iddia edib.
Cia.az
