|
Olland: "Rusiya Əsəd rejiminə dəstəyini dayandırmalıdır"
"Rusiya Bəşər Əsəd rejiminə dəstəyini dayandırmalıdır". 
"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatı Fransa prezidenti Fransua Olland səsləndirib.
"Biz əmin olmalıyıq ki, Əsəd vəzifəsini tərk edəcək", - deyən Olland, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində Suriyada minlərlə dinc sakinin zərər çəkdiyini vurğulayıb.
Cia.az