|
Səudiyyə Ərəbistanı Suriyaya girəcəyi vaxtı açıqladı
Səudiyyə Ərəbistanı müdafiə nazirliyinin əməkdaşı  general-mayor Əhməd Asiri ölkəsinin formalaşdırdığı koalisiyanın Suriyaya girəcəyi tarixi açıqlayıb.
Asiri  koalisiyanın mart, aprel aylarında Suriyaya girəcəyini deyib. Asiri  İŞİD-ə qarşı  vuruşacaq koalisiyada 38 ölkənin iştirak etmək istədiyini bildirib: "Koordinasiya mərkəzi quracağıq. Koalisiyanın tərkibi baş qərargah rəisləri səviyyəsində keçiriləcək toplantıda müəyyənləşəcək və yekun detallar da müdafiə nazirlərinin toplantısında müzakirə ediləcək".
 
Asiri Suriyaya əsgər göndərmək məsələsində Səudiyyənin mövqeyinin dəqiq və aydın olduğunu da qeyd edib.
 Cia.az