Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.
İlk oyunda meydan sahibləri Serbiya yığması 1/4 finalda millimizi mübarizədən kənarlaşdıran Rusiyanı qəbul edib.
Oyun Rusiya yığmasının qələbəsi ilə başa çatıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn ruslar finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, digər yarımfinal cütündə İspaniya Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.
Cia.az
