|
Toya hazırlaşan Sinem Kobal kefsiz halda

Aktyor Kənan İmirzalıoğlu ilə ailə qurmağa hazırlaşan aktrisa Sinem Kobal dünən paparassilərin hədəfinə düşüb.
Modelyer Selma Çileyin atelyesinə gələn Sinem başıaşağı və fikirli olub.
Qəflətən jurnalistləri görən aktrisa "qorxudan ödüm partladı" deyərək reaksiya verib. Sinemin depressiv halı gözdən qaçmayıb. Onun bu görüntüsü toy hazırlıqları ilə əlaqələndiriblər.

Qeyd edək ki, cütlüyün toyunun mayın 21-də baş tutacağı deyilir.

Cia.az