Hindistanın Siaşen bölgəsində baş verən qar uçqunu zamanı 8 metrlik qar yığıntısının altında qalan əsgər fəlakətdən 6 gün sonra xilas edilib.
5 min 900 metr yüksəklikdə mənfi 45 mənfi dərəcə soyuqda 6 gün qarın altında qalan Hanamanthappa Koppadı tapan əsgər yoldaşları onun nəbzinin atdığını gördükləri zaman şoka düşdüklərini deyiblər. Kappadın qar təbəqəsinin altında qalan hava boşluğu səbəbindən yaşaya bildiyi açıqlanıb. Sözügedən bölgədə qar və torpaq sürüşməsi 8 min əsgərin həyatını itirməsinə səbəb olub.
Cia.az
