|
320 kilo verdi...
Səudiyyə Ərəbistanında yaşayan, bir müddət əvvələ qədər dünyanın ən kök adamı olan Xalid Muhsin Əl Şaeri bugünlərdə yenidən yeriyə bildiyi üçün özünü dünyanın ən şanslı adamı hesab edir. 
17 yaşında ikən 610 kiloqram olan Shaeri 2013-cü ildən bəri xüsusi şəkildə müalicə edilir. Riyadda bir klinikada müalicə olunan Shaerinin 320 kilo arıqladığı açıqlanıb.
Məlumat üçün bildirək ki, 24 yaşlı gəncin müalicə xərclərini 2015-ci ilin yanvar ayında ölən Kral Abdulla qarşılamışdı. O, 2013-cü ildə 30 nəfərlik bir qrupun köməyi ilə Amerikadan xüsusi olaraq gətirilmiş kranla vertolyota mindirilərək xəstəxanaya aparılmışdı.
Cia.az