Fevralın 12-də Azərbaycan Xalça Muzeyində “Kitabi-Dədə Qorqud” - 12 boy -12 xalça” adlı sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünas alim Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunacaq.
Sərgi çərçivəsində görkəmli alim və tədqiqatçıların mövzu ətrafında çıxışları, eyni zamanda Dədə Qorqud personajının çadır önündə teatrlaşdırılmış kompozisiyası və qədim musiqi alətlərinin ifasında çıxışlar təqdim ediləcək.
Cia.az
