|
"Elzanın bütün paltarlarını geyinəcəm"
Müğənni Xatun Əliyeva əməkdar artist Elza Seyidcahanın ona qoyduğu qadağadan danışıb. 
E.Seyidcahan açıqlamalarının birində Xatunun onu parodiya etməsini istəmədiyini bildirmişdi. 
X.Əliyeva "Hər şey daxil" verilişində E.Seyidcahanı yaxın günlərdə parodiya edəcəyini deyib:
“Bu gün gündəmdə olan birinci müğənni Elza xanımdır. Hələ onu parodiya etməmişəm. Amma verilişlərin birində açıqlama vermişdi ki, etməsin. İstəyirəm onun bütün paltarlarını geyinim və elə parodiya edim. Deyir ki, mənə “xanım” deyin. Ona “Elza” deyə müraciət edəndə əsəbiləşir”.
Cia.az