ABŞ-da prezident seçkiləri kampaniyasının gedişində namizədlər seçicilərin rəğbətini qazanmaq üçün əllərindən gələni edir.
Bu dəfə keçmiş qubernator, Respublikaçılar partiyasından namizədliyini irəli sürən Ceb Buşun ayaqqabıları müzakirə mövzusuna çevrilib. Məşhur və ABŞ-ın ən varlı ailələrindən birinin nümayəndəsi olan Ceb seçiciləri ilə görüşə bantla yapışdırılan köhnə ayaqqabıda gəlib. Eks-prezident Corc Buşun kiçik qardaşının ayaqqabıları fotokameraların obyektivindən də yan keçməyib.
Politoloqlar isə hesab edir ki, seçkidə geridə qalan Cob Buş bu yolla kasıb seçiciləri özünə cəlb etməyə çalışıb.

Cia.az
