|
Azərbaycan sənayesi “Avro-5” standartlarına keçidə hələlik hazır deyil

"Avro-5 standartlarına keçirilməyə sənaye sahəsi hələlik hazır deyil".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev deyib.

O bildirib ki, hökumət bu haqda müvafiq qərar qəbul etdikdən sonra icrasına başlanacaq: "Avro-5” standartlarının normaları artıq qəbul edilib. Lakin Azərbaycan sənayesi hazırda bu standartlara cavab vermir. Neft sektorunda da “Avro-5” standartlarına cavab verən benzin istehsal olunmur. Bu maneələr aradan qaldırıldıqdan sonra hökumət müvafiq qərar qəbul edərsə, icrasına başlanacaq".

Cia.az