Fevralın 13-də Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının xalq artisti, müğənni, pianoçu Rauf Atakişiyevin 90 illiyinə həsr olunan konsert keçiriləcək.
Filarmoniyanın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Səhnədə xalq artistləri Rauf Abdullayev (Orkestrinin bədii rəhbər və baş dirijor), Yalçın Adıgözəlov, Fərhad Bədəlbəyli və Murad Adıgözəl-zadə (piano) olacaq.
Proqramda “Romeo və Cülyetta” baletindən fraqmentlər, C.Verdi – “Taleyin gücü” operasından Uvertüra səsləndiriləcək.
Qeyd edək ki, Rauf Atakişiyev 15 iyul 1925-ci ildə anadan olmuşdur. Moskva Dövlət Konservatoriyasını K.K.İqumnovun sinfi üzrə bitirmiş və vokal üzrə A.V.Nejdanovadan dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
