|
Görkəmli dövlət xadiminin xatirəsi yad ediləcək

Fevralın 20-də N.Nərimanovun ev muzeyində görkəmli ədəbiyyatşünas alim və dövlət xadimi Vəli Məmmədovun anadan olmasının 85 illiyinə həsr edilmiş anma tədbiri keçiriləcək.

Ev muzeyindən bildirilib ki, tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

V.Məmmədov şərəfli həyat yolu keçib, elmin və ictimaiyyətin fəallarından olub. O, arxivlərdən, dövri mətbuatdan, istərsə də ayrı-ayrı adamlardan N.Nərimanovun həyatı və irsinə dair zəngin materiallar toplayaraq “Nəriman Nərimanov” monoqrafiyasını yazıb, “Azərbaycan ədəbiyyatı tarixi”nin (üç cilddə) ikinci cildinin yazılması və hazırlanmasında fəal iştirak edib.

Görkəmli alim və dövlət xadimi 1991-ci il noyabrın 20-də erməni terrorizminin qurbanı olub, vertolyot qəzasında dünyasını dəyişib.

Cia.az