|
İraq ordusu Ramadi ilə Bağdad arasındakı yolu açdı
İraq ordusu Ramadi ilə ölkənin qərbindəki strateji əhəmiyyətə malik Habbaniyə hərbi bazası arasındakı əlaqəni yenidən bərpa edib.
Bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Məlumata görə, ordu Ramadinin 10 kilometr şərqindəki Hüseybe el-Şarkiye qəsəbəsinin də daxil olduğu bölgəni ələ keçirdiyini bəyan edib.
Ordudan verilən açıqlamada "Qüvvələrimiz Ramadi ilə Bağdad arasındakı yolu açmağa nail oldu", deyə bildirilib.
O da qeyd edilib ki, ABŞ liderliyi altında yaradılan koalisiyanın əsgərləri Habbaniye hərbi bazasındadır.
Cia.az